11 
Okt
2020
11:20
74
886
7350
Virtual karabakh

Gəncədə düşmənin atəşi nəticəsində dağıdılan binada xilasetmə işləri aparılır- VİDEOREPORTAJ

11 Okt, 2020
11:20
7350

Gəncədə düşmənin atəşi nəticəsində dağıdılan binada xilasetmə işləri aparılır- VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Gəncə şəhəri gecə yarısı Ermənistanın raket hücumuna məruz qalıb. Düşmən dinc əhalini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qalıb.

Düşmənin silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində tədbirlər görülür.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. İndiyədək dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Xilasetmə əməliyyatları davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Fərdin İsazadə
Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri