15 
Okt
2020
18:13
1299
55
5311
Virtual karabakh

Türkiyə XİN: “İnsanlıqda payı olmayanlar qardaşlarımıza ölənlərini dəfn etməyə də icazə vermirlər”

15 Okt, 2020
18:13
5311

Türkiyə XİN: “İnsanlıqda payı olmayanlar qardaşlarımıza ölənlərini dəfn etməyə də icazə vermirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Tərtərə xain hücumunü qınayan bəyanat yayıb.

Bəyanat nazirliyin rəsmi saytında yerləşdirilib:

“Ermənistanın Azərbaycanın yaşayış ərazilərinə davam edən hücumlarını qətiyyətlə qınayırıq. Ermənistanın bu gün Tərtərə son hücumu nəticəsində bir qəbiristanlıqdakı dəfn mərasimində üç mülki şəxs həyatını itirib, beş nəfər yaralanıb.

Ermənistan 10 oktyabrda əsrlərin və meyitlərin dəyişdirilməsi üçün elan edilmiş humanitar atəşkəsə məhəl qoymamağa davam edir. İnsanlıqda payı olmayanlar azərbaycanlı qardaşlarımıza ölənlərinin dəfninə də icazə vermirlər.

Bu son hücumla Ermənistan humanitar dəyərlərlə uyğun olmayan qanunu tanımaz üzünü bir daha bütün dünyaya göstərdi.

Türkiyənin Can Azərbaycanın qəhrəman xalqı ilə həmrəyliyi daimi və tamdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri