17 
Okt
2020
09:18
657
74
10059
Virtual karabakh

Nazirdən Gəncənin erməni hücumuna məruz qalması ilə bağlı ilk AÇIQLAMA

17 Okt, 2020
09:18
10059

Nazirdən Gəncənin erməni hücumuna məruz qalması ilə bağlı ilk AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəncədə heç bir hərbi obyekt yoxdur. Sadəcə olaraq, əhalinin sıx yaşadığı ərazidir”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib.

O bildirib ki, Ermənistan öz vandalizm aktlarını törətməyə davam edir:

“Düşmən bu vəhşiliyinə görə layiqli cavabını alır. Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Biz də bu tarixi anlara şahid olacağıq. Düşmən təxribatları nəticəsində həyatını itirən dinc əhaliyə Allahdan rəhmət diləyirik”.

Nazir onu da qeyd edib ki, düşmən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ciddi ziyan vurub:

“Lakin biz bu binaları gələcəkdə bərpa edəcəyik. Xalq heç nədən qorxmur və Azərbaycan ordusuna güvənir”. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri