17 
Okt
2020
11:35
1665
37
6590
Virtual karabakh

Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”

17 Okt, 2020
11:35
6590

Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan xalqına müraciət etmişdim, yenə edirəm. Uşaqlarınızı bizim torpaqlara buraxmayın. Onların Azərbaycan torpağında nə işi var?”

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, Ermənistanın hərbi komissarlıqlarında mitinqlər təşkil olunur:

“Ermənistanda analar yolları kəsir, qoymur ki, uşaqları getsin, başqa ölkənin torpağında ölsün. Erməni xalqına müraciət etmişdim, yenə edirəm. Qoymayın uşaqlarınızı bizim torpaqlarımıza. Nə işi var onların Azərbaycan torpaqlarında? Bizim sizinlə işimiz yoxdur, öz ölkənizdə yaşayın. Bizim torpaqlarımızdan çıxın.

Biz haqlıyıq, ədalət yolundayıq. Bizim savaşımız müqəddəs savaşdır. Biz döyüş meydanında öz gücümüzü həm düşmənə, həm bütün dünyaya göstərdik. Biz öz torpağımız uğrunda döyüşürük və öz torpaqlarımız uğrunda şəhid veririk.

Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi xalqımızın iradəsidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu tarixi günləri görə bildi. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm.

Bundan sonra da öz fəaliyyətimdə, ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni edəcəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Biz öz torpağımızda vuruşub, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri