19 
Okt
2020
18:39
764
27
2219
Virtual karabakh

Elxan Poluxov Braziliya kanalına müsahibəsində Qarabağ münaqişəsi haqqında danışıb - FOTO

Azərbaycana həsr edilmiş silsilə proqramlar hazırlayan Braziliyanın REBE TV kanalında 17 oktyabr tarixində sonuncu veriliş efirə gedib.

Bu barədə Oxu.Az-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, proqramda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Hüseynov çıxış edərək, Mərkəzin fəaliyyəti və Braziliya ilə əməkdaşlığa dair planları ilə bölüüb.

Rəvan Hüseynov qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və onun təmsil etdiyi qurumun bu modeli dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada tədris edir.

Jurnalist Fabiana Seyhanın regionda baş verən proseslərlə bağlı sualına cavab verərək R.Huseynov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionumuzda sülhün və multikulturalizmin ən böyük təhdididir və bəzi beynəlxalq dairələr bu münaqişəyə dini və yaxud etnik don geyindirməyə çalışırlar.

Vurğulanıb ki, Dağlıq Qarabağ münaqişənin arxasında əslində Ermənistanın ərazi iddiaları durur və bu təcavüzün nəticəsində otuz ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və bir milyona yaxın insan öz evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

Azərbaycanın mültikulturalizmin beşiyi olduğu və ölkəmizdə bir çox millətlərin və bütün dini konfessiyaların nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı diqqətə çatdırılıb.

Səfir Elxan Poluxov isə öz növbəsində bu silsilə proqramların izləyicilərinə öz dərin minnətdarlığını bildirərək, bu proqramlar vasitəsi ilə ölkələrimiz arasında mövcud olan əlaqələrin demək olar ki bütün sahələrdə əhatə olunduğunu qeyd edib.

E.Poluxov müsahibəsində ermənilərin ölkəmizə qarşı başladığı yeni təcavüzündən danışaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edəcəyini bildirib və ölkə rəhbəri cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır, Nida!” şüarı ilə çıxışını bitirib.

Müsahibə saat 10:00-da efirə gedib və təkrar olaraq bazar günü bir daha yayımlanıb.

Proqramın tam versiyası ilə verilən keçid ilə tanış olmaq olar.

https://porbrasilia.com.br/por-brasilia-programa-17-10-2020/

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri