22 
Okt
2020
14:37
940
26
7227
Virtual karabakh

Mixail Xodarenok: “Ermənistanda vəziyyətin artıq çətinləşdiyi görünür”

22 Okt, 2020
14:37
7227

Mixail Xodarenok: “Ermənistanda vəziyyətin artıq çətinləşdiyi görünür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müharibə siyasətin davamıdır” iddiasını heç kim ləğv etməyib. Bu və ya digər ölkənin mövqeyini yalnız bir şey - cəbhələrdə aşkar uğurlar dəyişə bilər. Bunun başqa yolu yoxdur və olmayacaq da.

Bu barədə tanınmış rusiyalı icmalçı, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsində xidmət etmiş ehtiyatda olan polkovniki Mixail Xodarenok Media.Az-a Qarabağdakı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, erməni tərəfdə vəziyyətin çətin olduğu artıq açıq-aydın görünür.

“Xatırladaq ki, Ermənistan ərazisi mahiyyət etibarilə blokadadadır. İnsan qüvvəsi və maddi ehtiyatı o qədər də böyük deyil. Bütün bunlar Ermənistanı danışıqlara məcbur edə bilər. Bundan əlavə təmas xəttindəki vəziyyət ölkənin siyasi rəhbərliyinin mövqeyinin yumşalmasına səbəb olacaq”.

Ekspertin fikrincə, uzun sürən döyüş əməliyyatları danışıqlara başlamaq qərarına gətirib çıxarmalı idi.

“Ancaq bu mərhələdə razılığa gəlmək çox çətin olacaq, çünki Ermənistanın mövqeləri hələ konstruktiv görünmür. Məsələn, İrəvanda Qarabağın öz müqəddəratını təyin etmə mümkünlüyü barədə danışmağa davam edirlər”, - deyə hərbi mütəxəssis əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri