23 
Okt
2020
15:15
1041
67
5735
Virtual karabakh

Paşinyanın Hitler və Səddamla oxşarlığı: mülki əhaliyə qarşı silah qaldıran diktatorlar - TƏHLİL

Müharibələr zamanı ballistik raketlərdən istifadə böyük dağıntılara səbəb olur. Bir çox müharibələr zamanı bəşəriyyət buna şahidlik edib. Buna görə də nadir hallarda ballistik raketlər mülki əhaliyə qarşı yönəldilib.

Məsələn, İkinci Dünya Müharibəsi zamanı Adolf  Hitler bu taktikadan yararlanıb. Hitler müharibəni uduzduğunu bildiyi vaxt Fau-2 ballistik raketlərindən istifadə edib. Almanca V-2 (“Vergeltungswaffe-2”) adlandırılan bu raket qisas silahı sayılır. Həmçinin А-4 (“Aggregat-4”) də adlandırılan bu qorxunc silah‎ dünyada uzaq mənzilli ilk ballistik raket hesab olunur. 

Verner fon Braun tərəfindən istehsal edilmiş Fau-2 Hitlerin müharibənin sonlarında istifadə etdiyi raket sistemi olub. Bu raketlərin hərbi obyektlərə qarşı dəqiqliyi çox aşağı səviyyədədir. Hədəfdən yayınan bu raketlərdən daha çox mülki obyektlərə qarşı istifadə olunub. Bununla da Hitlerdə qarşı tərəfdə bir qorxu, xaos formalaşdırmaq cəhdi vardı. Təbii ki, nasistlər ümid edirdi ki, bu dağıntılardan sonra müttəfiqlər Almaniya ərazisinə hücumların kəsərini azaldacaq. Onlar Berlinə doğru irəliləyən sovet ordusunu yox, Londonu hədəf alırdılar ki, bəlkə Böyük Britaniya müttəfiqi SSRİ-yə hücumu dayandırmaqla bağlı tapşırıq verə. Bir sözlə, Hitler Almaniyası bu silahdan son ümid yeri kimi istifadə edirdi.

Bu faktı xatırlatmağımız əbəs yerə deyil. Biz daha əvvəl cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarımıza Ermənistan tərəfindən atılan raketlərin “Skad” adlı SSRİ istehsalı olan raketlər olduğunu bildirmişdik. Həmin raketlərin indiyədək hansısa hərbi obyektimizə zərər vurduğunu eşitmisiniz? Xeyr. Məhz həmin raketlər də mülki vətəndaşlara və mülki obyektlərə zərər vurub.

Göründüyü kimi, əvvəl nasist fikirli Almaniya partiyası olan AfD-ni Qarabağa dəvət edən ermənilərin taktiki gedişatı da faşist Almaniyasınkından heç nə ilə seçilmir. Cəbhədə uduzduqlarını anlayan Ermənistanın siyasi-hərbi rəhbərliyi mülki hədəfləri nişan almaqla qorxu formalaşdırmağa, hansısa “bəlkə”lərə ümid edir. Ermənistan rəhbərliyinin də məhz son ümid yeri hərbi hədəfləri vurmaq baxımdan dəqiqliyi çox aşağı olan bu Skad raketləridir.

Xatırladaq ki, bu raketlərdən Səddam Hüseyn hökuməti də kifayət qədər yararlanıb. Əvvəlki yazılarımızdan birində qeyd etdiyimiz kimi, 1980-1988-ci illərdə baş tutmuş İraq - İran müharibəsi zamanı Səddam Hüseyn məhz İran ərazisinə bu raketlərin atılmasını əmr etmişdi.

27 oktyabr 1982-ci ildə İraq ilk dəfə Skad-B raketləri ilə İranın Dezful şəhərinə zərbə vurmuş, nəticədə 21 nəfər mülki vətəndaş həlak olmuş, 100 nəfər yaralanmışdır. Skad zərbələri növbəti illərdə də davam edib, hətta 1985-ci ildə intensiv hal alıb. Müharibə zamanı İran ərazisinə 100-dən çox Skad raketi düşmüşdü.

Hətta Səddam Hüseyn İranın paytaxtı Tehrana həmin raketlərin düşməsi üçün əlindəki Skadların mənzilini artırmaq qərarı verdi və bunu “Əl-Hüseyn” raketləri adlandırdı. 1988-ci ilin 29 fevralında İraqdan atılan 7 ədəd “Əl-Hüseyn” Tehrana düşdü. Ümumilikdə İraq həmin müharibə vaxtı əksəriyyəti “Əl-Hüseyn” olmaqla İrana 189 ballistik raket atıb. Bu raketlərdən 135-i Tehran, 23-ü Qum, 22-i İsfahan, 4-ü Təbriz, 3-ü Şiraz və 2-si Kərəc şəhərinə düşüb. Bu zaman İraqın atdığı raketlər nəticəsində 2 min nəfər iranlı ölüb, 6 min nəfər isə yaralanıb, həmçinin Tehranda olan 10 milyon nəfərdən 1/4-i şəhəri tərk etmək məcburiyyətində qalıb.

Bu faktı və statistikanı da əbəs yerə xatırlatmadıq. Paşinyan hakimiyyətinin nasist Hitlerdən başqa, diktator Səddam Hüseyn hakimiyyəti ilə oxşarlığını üzə çıxarmağa çalışdıq. Deməli, Ermənistanın əlində hansısa kimyəvi silah olsa, Azərbaycan əhalisinə qarşı da həmin silahdan istifadə edə bilər. Paşinyan hazırda ağlını itirmiş rəhbər obrazını formalaşdırıb. Məğlubiyyətini qəbul etməyən belə rəhbər isə hər cür çirkin niyyət yetirməyə qadirdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri