23 
Okt
2020
22:45
1815
47
3378
Virtual karabakh

Azərbaycan tarixinə heç bir zaman silinməyəcək qəhrəmanlıq salnaməsi yazdınız - Ali Baş Komandana MÜRACİƏTLƏR

23 Okt, 2020
22:45
3378

Azərbaycan tarixinə heç bir zaman silinməyəcək qəhrəmanlıq salnaməsi yazdınız - Ali Baş Komandana MÜRACİƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciət edənlər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəbhəboyu zonada Ermənistan silahlı qüvvələrinə dağıdıcı zərbələr vurduğunu bildirirlər.

Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda Qələbə sevinci ilə yaşadığımız bu günlərin bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlər olduğu vurğulanır.

Azərbaycan xalqının Ali Baş Komandanın və ordumuzun arxasında olduğu qeyd olunur.

Prezidentə müraciətlərdə dövlət başçısının müdrik siyasəti sayəsində Azərbaycan tarixindən heç bir zaman silinməyəcək qəhrəmanlıq salnaməsi yazdığı bildirilir, dövlət başçısına bu çətin və şərəfli işində uğurlar arzu edilir.

Azərbaycan xalqı Ali Baş Komandanın Koroğlunun, Babəkin və Şah İsmayılın göstərdiyi qəhrəmanlıqları xalqımızın gözü qarşısında təkrar etdiyini böyük iftixar hissi ilə söyləyir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri