27 
Okt
2020
14:48
69
1290
4713
Virtual karabakh

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir

27 Okt, 2020
14:48
4713

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən sosial şəbəkələrdə ölümlə hədələnib.

“Report”un yerli bürosu xəbər verir ki, ona Fransada erməni mafiyasının güclü olduğu və Azərbaycanı dəstəkləməkdə davam edəcəyi təqdirdə sonunun çatacağı bildirilib.

Xatırladaq ki, bundan əvvəl Fransanın TF1 kanalının jurnalisti Lizron Budul (Liseron Boudoul) Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı əsl reallığı əks etdirən reportajına görə erməni mənşəli fransızlar tərəfindən təhqir və təhdidlərə məruz qalmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri