Noy
2020
21:42
787
24
8614
Virtual karabakh

Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış - FOTO

5 Noy, 2020
21:42
8614

Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda İtaliyanın “La Republica” nəşrinin jurnalisti Pitro Del Re erməni lobbisinin təhqiramiz hücumlarına məruz qalır. TF1 və “The New York Times”ın erməni lobbisi tərəfindən fiziki olaraq təhdid olunan jurnalistləri ilə də eyni hal baş verib. Müstəqil mətbuata və ifadə azadlığına qarşı bu cür hücumları qəti şəkildə qınayırıq”.

Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Biz “Sərhədsiz Reportyorlar”ı və ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə-mediaya qarşı fiziki-şifahi təhdid və təhqiramiz fərdi hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir”, - deyə H.Hacıyev bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri