20 
Noy
2020
15:44
682
74
6642
Virtual karabakh

Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib

20 Noy, 2020
15:44
6642

Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qalınlığı 15 mikrona  qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə  tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” Qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə təklif edilən müddəaların polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri