26 
Noy
2020
17:36
1046
19
5603
Virtual karabakh

Fransanın səkkiz senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

26 Noy, 2020
17:36
5603

Fransanın səkkiz senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senator səslərini geri götürüb.

“Report” xəbər verir ki, qətnaməyə səs verən senatorlar Ferat Fransuaz, Filip Bonnekağye, Alan Difuğ, Evelin Peğu, Nadia Solloqub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. An-Katrin Lozye, Hav Muağvi və Jan-Pyer Muga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri