26 
Noy
2020
18:31
814
70
7414
Virtual karabakh

“Johnson & Johnson” Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf etdi

ABŞ-ın “Johnson&Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:

“Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson&Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.

Qeyd edək ki, bir müddət əvvəl “Johnson&Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri