27 
Noy
2020
14:54
544
11
2143
Virtual karabakh

Ekspert: “Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə yoxsul ölkəyə sərmayə qoymur?” - VİDEO

27 Noy, 2020
14:54
2143

Ekspert: “Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə yoxsul ölkəyə sərmayə qoymur?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” tövsiyə xarakterli qətnamə layihəsinin qəbul olunması təəssüf doğurur.

Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır.

İqtisadçı-ekspert Elşad Məmmədov Baku TV-yə müsahibəsində bu məsələnin iqtisadi tərəflərinə diqqət çəkib.

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir?

Göründüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da, rəsmi Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri