Dek
2020
23:45
1105
24
2370
Virtual karabakh

Çavuşoğlu Bayramovu Laçın rayonunun azad olunması münasibətilə təbrik edib - YENİLƏNİB + VİDEO

1 Dek, 2020
23:45
2370

Çavuşoğlu Bayramovu Laçın rayonunun azad olunması münasibətilə təbrik edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mövlud Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

22:42

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Telefon söhbətində Dağlıq Qarabağ məsələsi müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri