15 
Dek
2020
14:24
283
11
2035
Virtual karabakh

Denis Boquş: “Ermənistan Qarabağda ukraynalı kazaklarla bağlı feyk məlumatlarla öz zəifliyinə haqq qazandırır”

15 Dek, 2020
14:24
2035

Denis Boquş: “Ermənistan Qarabağda ukraynalı kazaklarla bağlı feyk məlumatlarla öz zəifliyinə haqq qazandırır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna rəsmi olaraq Dağlıq Qarabağla bağlı dəqiq bir mövqe bildirib: Bura Azərbaycan ərazisidir. Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməyə davam edəcək. Ancaq bu mənəvi və siyasi baxımdan belədir. Müvafiq olaraq münaqişə bölgəsində “xüsusi təyinatlı kazaklar” ola bilməzdi”.

Bu sözləri Media.Az-a ukraynalı siyasi ekspert, strateji kommunikasiya sahəsi üzrə mütəxəssis Denis Boquş deyib.

O, “xüsusi təyinatlı kazaklar”ın Qafqazda tanınmasının çox xoş olduğunu bildirib:

“Bir vaxtlar, kazaklarımız Kubanda olduqları zaman Qafqazın müxtəlif xalqları ilə qarşılaşıblar, hörmət qazanıblar. Onlar haqqında əfsanələr yayılmışdı” (gülür).

Qarabağda “xüsusi təyinatlı kazaklar”ın olmasına gəlincə isə ekspert buna ehtiyac olmadığını vurğulayıb.

“Azərbaycan qoşunları özləri əla başa çıxırlar. Parlaq bir qələbə qazandılar. İndi də qarşı tərəf bəhanə axtarır, deyirlər ki, bu qələbə “paranormal qüvvələr” olmadan mümkün deyildi. Onlar öz gücsüzlüklərini belə izah edirlər”, - deyə D.Boquş qeyd edib.

Ekspert həmçinin vurğulayıb ki, Azərbaycan nümunəsi Ukraynaya millətin yaxşı hazırlanıb həmrəy olacağı təqdirdə dondurulmuş hər bir münaqişəni həll edə biləcəyini göstərib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri