Yan
2021
23:48
1954
41
9803
Virtual karabakh

İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər

3 Yan, 2021
23:48
9803

İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu “Airthings Masters” şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər.

Təbrikdə deyilir:

“Əziz Teymur,

“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri