Yan
2021
15:34
478
131
1186
Virtual karabakh

“Siz son 200 ilin ən şanlı zəfər tarixini yazdınız” - Ali Baş Komandana MÜRACİƏTLƏR

6 Yan, 2021
15:34
1186

“Siz son 200 ilin ən şanlı zəfər tarixini yazdınız” - Ali Baş Komandana MÜRACİƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mütəmadi olaraq müraciət edirlər.

Müraciətlərdə Ali Baş Komandan İlham Əliyevin fədakar əməyinə görə Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyi, onun dövlətimizin başçısı olmasından doğan fəxarət hissi kimi nəcib duyğular bölüşülür, ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, Prezident İlham Əliyev son 200 ilin ən şanlı zəfər tarixini yazıb.

Bildirilib ki, Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfər onun uzaqgörən siyasətinin nəticəsidir.

Qeyd olunub ki, dövlətimizin başçısının şücaəti ən yüksək ali adlara layiqdir.

Xalq əmindir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri