13 
Yan
2021
18:18
942
56
5188
Virtual karabakh

Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

13 Yan, 2021
18:18
5188

Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edir, yeni yaşınızın Sizə cansağlığı və xoşbəxtlik gətirməsini diləyirəm.

Zati-alinizin liderliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, bölgənin lider dövlətinə çevrilməsi və bu il Ermənistana qarşı aparılan Vətən müharibəsində Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsi bizi son dərəcə məmnun etməkdədir.

Yeni yaşınızın Azərbaycan üçün xeyirli olmasını arzulayır, Zati-alinizə uzun və sağlam ömür diləyirəm.

Fürsətdən istifadə edərək Sizi və dəyərli ailənizi Yeni il münasibətilə təbrik edir, Yeni ilin Sizlərə və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq gətirməsini arzulayıram".

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri