15 
Yan
2021
13:59
493
17
3079
Virtual karabakh

İlham Əliyev Xocalının Sığnaq kəndində - VİDEO

15 Yan, 2021
13:59
3079

İlham Əliyev Xocalının Sığnaq kəndində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfəri çərçivəsində Xocalı rayonunun Sığnaq kəndində olublar.

İlham Əliyev burada Azərbaycan və Türkiyənin bayraqlarının, eləcə də bu ərazidə yolu inşa edən Türkiyənin “KOLİN” şirkətinin bayrağının asıldığını qeyd edib.

Yolun üzərində iki qardaş ölkənin – Azərbaycan və Türkiyə prezidentlərinin fotosunun olduğu lövhə qoyulub.

Prezident İlham Əliyev Sığnaq kəndinin azad olunmasının önəmindən danışıb:

“Xocalının Sığnaq və Çanağçı kəndlərinin işğaldan azad olunması Şuşa əməliyyatı üçün önəmli, xüsusi addımlardan biri idi. Ordumuz böyük qəhrəmanlıq göstərib və bu kəndləri işğalçılardan azad etmişdir. Növbəti istiqamətimiz Daşaltı kəndi, daha sonra isə Şuşa olacaq”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri