15 
Yan
2021
14:10
529
7
2063
Virtual karabakh

İlham Əliyev: “Şuşi adlı şəhər yoxdur, Şuşa var” - VİDEO

15 Yan, 2021
14:10
2063

İlham Əliyev: “Şuşi adlı şəhər yoxdur, Şuşa var” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər  ediblər. 

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında video paylaşıb:

“Əziz qardaşlar və bacılar!

Bizim doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

Səfər zamanı Prezident İlham Əliyev bildirib ki, ermənilər Şuşadakı bütün tarixi binalarımızı dağıdıblar. Şuşada yol qırağındakı binanın üzərində “Şuşi Plaza Hotel” yazısını görən Prezident İlham Əliyev vurğulayıb ki, “Şuşi adlı şəhər yoxdur, Şuşa var”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri