15 
Yan
2021
17:45
294
20
1285
Virtual karabakh

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə Qarabağ bəyanatını müzakirə etdi

15 Yan, 2021
17:45
1285

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə Qarabağ bəyanatını müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin 15 yanvar tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun finlandiyalı həmkarı Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub. 

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb. 

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri