15 
Yan
2021
17:57
689
30
4735
Virtual karabakh

Çavuşoğlu Rusiya ilə birgə Qarabağda yaradılacaq monitorinq mərkəzinin detallarını açıqladı

15 Yan, 2021
17:57
4735

Çavuşoğlu Rusiya ilə birgə Qarabağda yaradılacaq monitorinq mərkəzinin detallarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birgə Monitorinq Mərkəzi üçün yer müəyyən edilib, konteynerlər gəlib, tikinti başlayıb. İlk mərhələdə eyni sayda – 60 türk, 60 rus hərbçinin olacağı bir mərkəz qurulur”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mərkəz Ağdamda yerləşir. Təmas xəttinə təxminən səkkiz kilometr məsafədədir. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də artıq getməyə başlayıb. Bura böyük bir qərargah deyil, monitorinq mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikitərəfli anlaşma edərək, lazımı dəstəyi hər zaman verə bilərik. Biz, həmçinin Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalanması üçün Moskvanı da təşviq edirik”.

Türkiyə XİN rəhbəri həmçinin Qarabağda Rusiya sülhməramlılarının sayının üçtərəfli birgə bəyanatda göstəriləndən çox olması iddialarına da cavab verib:

“Bu barədə Azərbaycandan bir şikayət gəlməyib. Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Azərbaycandan icazəsiz bunlar edilməməlidir. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.

Türkiyəli nazir, eyni zamanda Naxçıvana açılacaq dəhlizlə bağlı hər-hansı bir problemin olmadığını da vurğulayıb:

“Heç bir problem yoxdur. Moskvadakı Rusiya-Azərbaycan-Ermənistan zirvəsində də bu təsdiqlənib”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri