18 
Yan
2021
12:56
317
11
2035
Virtual karabakh

Türk dünyasına Qarabağla bağlı ÇAĞIRIŞ - FOTO

18 Yan, 2021
12:56
2035

Türk dünyasına Qarabağla bağlı ÇAĞIRIŞ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiye Qazetesi”nin köşə yazarı Məryəm Aybikə Sinan türk dövlətlərinə çağırış edib.

O, “Twitter” hesabında yazısının mətnini paylaşaraq qeyd edib ki, “Türkiyə Şuşada, Qazaxıstan Füzulidə, Özbəkistan Cəbrayılda, Qırğızıstan Qubadlıda lazımi memarlıq və inşaat işlərini öz üzərinə götürə bilər. Qardaşlıq hüququ bunu tələb edir”.

“Azərbaycan güclü və zəngin dövlətdir. Erməni işğalından qurtardığı şəhərlərini yenidən inşa edə biləcək qüdrətə sahibdir, lakin bu, bütün türk dünyasının da ortaq dərdi və hədəfi olmalıdır”, - deyə yazıçı bildirib.

Aybikə Sinan Türk Şurasının rəhbərliyində kampaniyaya başladılmasını təklif edib.

 

Xatırladaq ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri