18 
Yan
2021
17:06
467
56
2730
Virtual karabakh

İran Fransaya "boş cəfəngiyatla" məşğul olmamağı məsləhət görüb

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rəsmi Parisin Tehranın nüvə silahlarını inkişaf etdirmə mərhələsində olması iddialarını rədd edərək bunu “boş cəfəngiyat” adlandırıb.

“Reuters”in məlumatına görə, Fransa XİN-in rəhbəri Jan-İv Le Drian “Bazar günü qəzeti”nə (Journal du Dimanche) verdiyi müsahibəsində İranın nüvə potensialını artırdığını və Tehranla Vaşinqtonun təcili olaraq nüvə mövzusunda Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tam icrasına qayıtmalı olduqlarını bildirib.

Buna cavab olaraq isə Zərif öz Twitter hesabında “Hörmətli həmkarım! Siz Nazirlər Kabinetindəki karyeranıza Səudiyyədən olan müharibə cinayətkarlarına silah satmaqla başlamısınız. İranla əlaqəli boş cəfəngiyatdan əl çəkin”, - yazıb.

Qeyd edək ki, Makron hökumətinin Səudiyyə Ərəbistanının Yəməndəki fəaliyyətinə dəstək olması və ən böyük ərəb monarxiyasına silah satması bir sıra ölkələrin, eləcə də insan haqları təşkilatlarının sərt tənqidinə səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri