22 
Yan
2021
18:13
278
24
1768
Virtual karabakh

Ceyhun Bayramov Gürcüstanın XİN rəhbərini təbrik etdi

22 Yan, 2021
18:13
1768

Ceyhun Bayramov Gürcüstanın XİN rəhbərini təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri