Fev
2021
20:12
27
247
2021
Virtual karabakh

Baş Nazirdən sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün komissiya yaradılması haqqında SƏRƏNCAM

3 Fev, 2021
20:12
2021

Baş Nazirdən sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün komissiya yaradılması haqqında SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, Sərəncamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.

Sərəncama əsasən, Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə komissiya yaradılıb.

Komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri