17 
Fev
2021
12:51
98
9
1836
Virtual karabakh

Rusiyalı ekspert: “Vətəni satmaq”la bağlı açıqlamalar çox qəribədir və siyasi xarakter daşıyır”

17 Fev, 2021
12:51
1836

Rusiyalı ekspert: “Vətəni satmaq”la bağlı açıqlamalar çox qəribədir və siyasi xarakter daşıyır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda Cənubi Qafqaz bölgəsində nəqliyyat kommunikasiyalarının açılması ilə əlaqədar olaraq isteriya davam edir.

Ən maraqlısı isə odur ki, əgər əvvəllər İrəvan Türkiyəni Ermənistanı blokadada saxlamaqda günahlandırırdısa, indi erməni tərəfi Türkiyə ilə sərhədlərinin bağlanmasını faydalı və proteksionist siyasətin təzahürü hesab edir.

Erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus Vivendi” Tədqiqat Mərkəzinin rəhbəri Ara Papiyan hesab edir ki, Türkiyə bazarının açılması “vətəni satmaq” deməkdir.

Rusiya prezidentinin Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının Sosial Elmlər İnstitutunun siyasi və ictimai rabitə kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Media.Az-a verdiyi müsahibəsində bildirib ki, beynəlxalq ticarətdə həmişə qazanan və ya uduzan sahələr, şirkətlər var:

“Ancaq ümumilikdə, bütün istehlakçılar sərhədlərin açılmasından faydalanacaqlar. Bu, ümumi bir qaydadır”.

- Bəs əgər konkret vəziyyətdən danışsaq...? Türkiyə və Ermənistan var. Ara Papiyan Ermənistan-Türkiyə sərhədinin bağlanmasını erməni proteksionist siyasətinin təzahürü olduğunu bildirib, baxmayaraq ki, əvvəllər Türkiyə tərəfindən mühasirəyə alındıqlarına dair şikayətlər səsləndirilirdi. Üstəlik, o, Türkiyə bazarının açılmasının “vətəni satmaq” anlamına gələcəyini qeyd edib...

- Gəlin bu şəkildə qeyd edək: proteksionist siyasət əksər hallarda hər hansı bir ölkənin adi vətəndaşları üçün sərfəli deyil, lakin bu ölkələrdə bəzi istehsalçılar üçün faydalıdır.

“Vətəni satmaq”la bağlı açıqlamaya gəldikdə, bu, çox qəribədir və siyasi xarakter daşıyır. Siyasi hədəflər, bir qayda olaraq, iqtisadi hədəflərlə uzlaşmır. Bu, istənilən ikitərəfli münasibətlərə aiddir.

- Yəni, Ermənistan-Türkiyə sərhədinin açılması ermənilərin həyat səviyyəsinin və keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq?

- Bir qayda olaraq, belə olur. Qiymətlərdə enmə, bazarda bolluq olacaq.

- Diqqət etmək lazımdır ki, Ermənistanda türk mallarına tələbat var, çünki sərhədlərin bağlı olmasına baxmayaraq, birbaşa deyil, dolayı yollarla gedən Türkiyədən ildə təxminən 300 milyon dollarlıq mal idxal olunurdu.

- Nümunə olaraq Rusiya ilə Ukrayna arasındakı iqtisadi münasibətləri götürün. Ticarət dövriyyəsi hər iki tərəfdəki mürəkkəb siyasi nüanslara və daimi demarşlara baxmayaraq, olduqca böyükdür.

- Ancaq hər halda, Rusiya ilə Ukrayna arasında sərhədlər rəsmi olaraq bağlanmayıb.

- Bu, doğrudur. Hər halda, diplomatik münasibətləri olmayan ölkələrin ticarət əlaqələrini davam etdirməsinə dair bir çox nümunə var. Əgər sərfəlidirsə, biznes həmişə bağlı sərhədləri keçməyə çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri