Mar
2021
17:36
50
252
1003
Virtual karabakh

Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb

3 Mar, 2021
17:36
1003

Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer A. Martinez Berroteran ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb.

“Yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər  tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda - sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır”, - deyə spiker əlavə edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir.

Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu:

“İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi  Venesuela xalqını da sevindirib”.

Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər.

“Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər”, - deyə səfir bildirib.

Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə spikerə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri