Mar
2021
14:03
192
25
1043
Virtual karabakh

Əli Əsədov Fuat Oktaya zəng etdi

5 Mar, 2021
14:03
1043

Əli Əsədov Fuat Oktaya zəng etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə prezidentinin köməkçisi  Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri