11 
Mar
2021
19:17
334
45
4221
Virtual karabakh

Doktoranturaya qəbulda ilk imtahandan keçən çağırışçılara üç aylıq möhlət veriləcək - RƏSMİ

11 Mar, 2021
19:17
4221

Doktoranturaya qəbulda ilk imtahandan keçən çağırışçılara üç aylıq möhlət veriləcək - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338) aşağıdakı məzmunda 21.1.4-1-ci maddə əlavə edilsin:

“21.1.4-1. doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə;”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri