Apr
2021
10:36
162
16
1526
Virtual karabakh

Hikmət Hacıyev Ermənistanın mina siyasətinin təhlükəsini açıqladı

5 Apr, 2021
10:36
1526

Hikmət Hacıyev Ermənistanın mina siyasətinin təhlükəsini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq ictimaiyyətin mina təhlükəsinin aradan qaldırılmasında rolu çox əhəmiyyətlidir”.

Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar keçirilən brifinqdə deyib.

O, Ermənistanın işğal müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırdığını bildirib.

H.Hacıyev qeyd edib ki, bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və beynəlxalq öhdəliklərə ziddir.

Prezidentin köməkçisi Ermənistanın Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmədiyini, bununla Azərbaycanın mülki əhalisinin hüquqlarının kobud surətdə pozulmasını vurğulayıb.

“Ermənistan minalardan məqsədli şəkildə istifadə etməsi Azərbaycanın mülki əhalisinə qarşı yönəlib. Bu, etnik təmizləmənin bir təzahürüdür”, - deyə H.Hacıyev əlavə edib.  

Prezidentin köməkçisi onu da qeyd edib ki, minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir:

“BMT təsisatları, ayrı-ayrı ölkələrlə işğaldan azad olunmuş ərazilərin minaların təmizlənməsi prosesində aktiv əməkdaşlıq edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri