10 
Apr
2021
13:59
254
9
1202
Virtual karabakh

Fəxrəddin Altun: “Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq bizim üçün şərəfdir”

10 Apr, 2021
13:59
1202

Fəxrəddin Altun: “Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq bizim üçün şərəfdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun arasında görüş keçirilir.

APA-nın xəbərinə görə, görüşdə media sahəsində görüləcək işlər müzakirə olunur.

“Türkiyənin Azərbaycana media sahəsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Haqq səsimizi dünyaya çatdırmaqda türkiyəli jurnalistlər bizimlə çiyin-çiyinə çalışdılar”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

“Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq bizim üçün şərəfdir”, - bunu isə Fəxrəddin Altun deyib.

“Biz bu haqda övladlarımıza, nəvələrimizə qürur duyaraq danışacağıq”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri