10 
Apr
2021
15:13
51
215
1775
Virtual karabakh

Fəxrəddin Altun: “Türk dünyasına təhdidlərin başında FETÖ durur”

10 Apr, 2021
15:13
1775

Fəxrəddin Altun: “Türk dünyasına təhdidlərin başında FETÖ durur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun türk dünyasına qarşı məqsədli dezinformasiya kampaniyası aparıldığını bəyan edib.

Oxu.Az-ın məlumatına əsasən, F.Altun Türk Şurası informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib ki, qurum atdığı hər addımda həqiqətə xidmət etməyə çalışır.

O, rəqəmsal faşizmin təhdid olduğunu da diqqətə çatdırıb: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”, - deyə F.Altun əlavə edib.

F.Altun əlavə edib ki, hazırda türk dünyasına təhdidlərin başında FETÖ durur. O, FETÖ-nün virus kimi türk dünyası ölkələrinə yayıldığını da vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri