14 
Apr
2021
13:04
304
30
1694
Virtual karabakh

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

14 Apr, 2021
13:04
1694

Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə karbohidrogen tədarükü sahəsində əməkdaşlığın dərinləşdirilməsini təklif edib.

Bu barədə BELTA məlumat yayıb.

Görüşdə Belarusun dövlət başçısı Azərbaycan Prezidentinə ölkəsinin karbohidrogen xammalı tədarükünə dəstək verdiyi üçün xüsusi təşəkkürünü bildirib.

A.Lukaşenko qeyd edib ki, hər iki ölkə birlikdə bu sahədə əlaqələrinin dərinləşdirilməsi məsələsi üzərində düşünməlidir.

“Əlbəttə, Belarusun iqtisadi və siyasi hadisələrin mərkəzində yerləşməsi səbəbindən məsələ həssasdır. Ancaq buna baxmayaraq, həlli mümkün olunmayan heç bir problem yoxdur”, deyə Aleksandr Lukaşenko qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri