16 
Apr
2021
20:19
270
34
7570
Virtual karabakh

XİN-dən Avropa İttifaqına ETİRAZ: Azərbaycandakı nümayəndə nazirliyə çağırıldı

16 Apr, 2021
20:19
7570

XİN-dən Avropa İttifaqına ETİRAZ: Azərbaycandakı nümayəndə nazirliyə çağırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 16-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşməsi ilə bağlı K.Yankauskasa etiraz bildirilib.

Aİ nümyəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri