May
2021
23:40
392
14
1743
Virtual karabakh

Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

7 May, 2021
23:40
1743

Azərbaycan səfirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Latviyadakı Səfirliyi bu ölkənin parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, Səfirlikdən bildirilib: “Azərbaycan səfirliyi Birinci Dünya Müharibəsinin nəticələri ilə əlaqədar Latviya Seyminin qərəzli bəyanatını qəti şəkildə qınayır. Bu bəyanatda bu hadisələr qondarma “erməni soyqırımı” kimi göstərilir və eyni zamanda tarixi hadisələri siyasiləşdirmək üçün türklərin, azərbaycanlıların, kürdlərin, yəhudilərin və digər millətlərin faciələrinə göz yumulur”.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi də sözügedən qərarı pisləyib: “Biz Latviyanın qondarma “soyqırım” barədə qərarını rədd edirik və tanımırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri