15 
May
2021
17:51
672
108
10503
Virtual karabakh

Prezident Müqəddəs Yelisey adına Cotari kilsəsində olub - YENİLƏNİB + FOTO

15 May, 2021
17:51
10503

Prezident Müqəddəs Yelisey adına Cotari kilsəsində olub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva əvvəlcə Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəldilər.

Məlumat verildi ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.

Sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Müqəddəs Yelisey adına Cotari kilsəsində oldular, burada şam yandırdılar.

Bildirildi ki, Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib.

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.

- Bu, bizim kilsənin, alban kilsələrinin simvoludur.

Prezident İlham Əliyev: O, xaçın təsviridir?

- Bəli, cənab Prezident, səkkizlik. Bizdə müqəddəs olan səkkiz dənə xaçdır, on iki dənə apostol səkkizlik. Biz bunu Tuğda da gördük.

Burada xatirə şəkilləri çəkdirildi.

- Çox sağ olun, Allah Sizi qorusun. Sizin dəstəyinizi hər yerdə görürük, bu, bizim üçün çox xoşdur.

Prezident İlham Əliyev: Çox sağ olun, həmişə sizinlə birlikdə olacağam.

- Tez-tez gedəcəyik Qarabağ bölgəsinə. Biz də Allahın köməyi ilə bu mühiti saxlayacağıq.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun.

Leyla Əliyeva: Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

13:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsədə şam yandırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri