17 
May
2021
14:39
17
323
7500
Virtual karabakh

Kremldən Paşinyanın Putinə hərbi yardımla bağlı yalvarışlarına REAKSİYA

17 May, 2021
14:39
7500

Kremldən Paşinyanın Putinə hərbi yardımla bağlı yalvarışlarına REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Bakı və İrəvanla daim təmasdadır. Ermənistan və Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir”.

“RİA Novosti” məlumat verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dimitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativsizliyinin tərəfdarıdır.

Keçən həftə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentin növbədənkənar iclasında bildirib ki, Azərbaycanla sərhəddə yerləşən Sünik bölgəsindəki vəziyyətlə əlaqədar hərbi kömək də daxil olmaqla, Putindən kömək istədiyini yazıb.

“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır. Həmçinin, biz Bakı ilə də daim təmasdayıq. İndi gərginliyi aradan qaldırmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Rusiya prezidentinin Paşinyanın məktubunu alıb-almadığı barədə suala Kremlin sözçüsü cavab verməkdə çətinlik çəkib:

“Sizə dəqiq bir şey deyə bilmərəm, lakin bütün bu məsələlər ikitərəfli danışıqlar zamanı dəfələrlə müzakirə edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri