17 
May
2021
16:33
235
16
2145
Virtual karabakh

Azərbaycanlı hərbçilər Əfqanıstandan çıxır: Ölkədə vəziyyət necə olacaq?

17 May, 2021
16:33
2145

Azərbaycanlı hərbçilər Əfqanıstandan çıxır: Ölkədə vəziyyət necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanı nə gözləyir? Azərbaycan da daxil olmaqla sülhməramlıların bu ölkədən çıxarılmasının nəticəsi necə olacaq?

Caliber.Az bu və digər suallarla tarix elmləri namizədi, E.M. Primakov adına Rusiya Elmlər Akademiyasının Milli Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin Cənubi Asiya və Hind Okean Bölgəsi Qrupunun rəhbəri Aleksey Kupriyanova müraciət edib.

Onun sözlərinə görə, çox şey kontingentin necə çıxarılacağına, Əfqanıstan ordusuna bundan sonra da silah və pulla yardımın təmin edilib-edilməyəcəyinə və “Taliban” ilə Kabildəki hökumət arasında son sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına bağlıdır:

“Mənim nöqteyi-nəzərimə görə, nizamlama müvəqqəti olacaq, Əfqanıstan yenidən adi müharibə vəziyyətinə girəcək”.

“Əfqanıstan ərazisinə girəndə ABŞ-ın məqsədi nə idi? “Əl-Qaidə” liderlərini himayə edən “Taliban”ı məğlub etmək, Şimal alyansını (Şimali Əfqanıstan komandirlərinin ittifaqı - red.) dəstəkləmək və sonradan Əfqanıstanı ABŞ-a dost olan sabit bir dövlətə çevirmək.

Bəs indi nə görürük? Əfqanıstan ABŞ-la dost olan sabit bir dövlətə çevrilmədi. “Taliban” məhv edilməyib, əksinə, ölkə ərazilərinin yarısından bir qədər azı onun nəzarətindədir və hücumlara davam edirlər”, - deyə Kupriyanov bildirib.

O qeyd edib ki, Vaşinqton çox pul xərclədi, bəziləri Əfqanıstana çatmadan yoxa çıxdı. Nəticədə, amerikalılar məqsədlərindən heç birinə çatmadan çıxıb gedirlər.

Kupriyanov Azərbaycan kontingentinin də Əfqanıstandan çəkilməsinə münasibət bildirib:

“İndi qarşılıqlı əlaqə və sülhməramlı döyüş təcrübəsi qazanan Azərbaycan kontingenti geri çəkilir. Və Azərbaycanın Əfqanıstandakı itkilərdən çəkinməsi çox yaxşıdır. Hamı bu qədər şanslı deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri