11 
İyn
2021
11:36
236
15
2119
Virtual karabakh

Kiyev merinin müavini: “İndi Azərbaycanda baş verənlər tarixi əhəmiyyət daşıyır”

11 İyn, 2021
11:36
2119

Kiyev merinin müavini: “İndi Azərbaycanda baş verənlər tarixi əhəmiyyət daşıyır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın paytaxtı Bakı şəhərində “Kiyev Günləri” adlı tədbir keçirilib. Tədbir çərçivəsində Ukrayna və Azərbaycan tərəfləri turizmin inkişafının yeni imkanlarını müzakirə edib, həmçinin Kiyev şəhərinin turizm potensialı barədə təqdimat baş tutub.

Caliber.Az Kiyev merinin müavini Marina Xonda ilə Azərbaycanın işğaldan azad edilən ərazilərin bərpası və kiyevlilərin ölkəmizdə baş verən hadisələrə münasibəti haqda həmsöhbət olub.

M.Xonda bildirib ki, hazırda Ukraynanın şərqində hərbi əməliyyatlar davam edir və bu gün Ukrayna özünün çətin dövrünü yaşayır.

“Ona görə biz sizin ölkənizdə baş verən hadisələrin mahiyyətini hamıdan daha yaxşı başa düşürük. Biz öz evini itirən, adət etdiyi həyat tərzini dəyişən insanlar üçün bunun nə qədər çətin olduğunu başa düşürük. Müharibədə öldürülənlərin və yaralananların yaxınları üçün nə qədər çətin olduğunu anlayırıq. Biz bu ağrını anlayırıq! Və əgər Azərbaycan bunun öhdəsindən gəlməyə başlayırsa, o zaman biz bunu yalnız alqışlaya bilərik.

Biz azad edilmiş ərazilərdə həyatın bərpasının nə qədər çətin olduğunu başa düşürük. Məhv etmək çox asandır, lakin qurub yaratmaq çətindir. Əlbəttə, biz öz ərazilərinin bərpası işində Azərbaycanın səylərini dəstəkləməyə bilmərik. Azərbaycanın bu istiqamətdə bütün fəaliyyəti bizi ilhamlandırmaya bilməz. Azərbaycanda indi baş verən hər şey tarixi əhəmiyyət daşıyır.”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri