13 
İyn
2021
17:39
524
40
4080
Virtual karabakh

Xarici diplomatların Ağdama səfəri başa çatıb - YENİLƏNİB + FOTO

13 İyn, 2021
17:39
4080

Xarici diplomatların Ağdama səfəri başa çatıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusun işğaldan azad olunan Ağdama səfəri başa çatıb.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar səfərin sonunda birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, diplomatları Ağdama səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

17:30

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, diplomatları səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

15:44

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“Report”un Ağama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti Şahbulaq qalasında olub.

Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.

15:25

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

15:02

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov qonaqlara burada erməni vandalları tərəfindən törədilmiş vəhşiliklərdən və dağıntılardan danışıb.

Səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri