15 
İyn
2021
12:07
645
14
14608
Virtual karabakh

Şuşada Azərbaycanla Türkiyəni birləşdirən yol barədə müzakirələr aparılacaq

15 İyn, 2021
12:07
14608

Şuşada Azərbaycanla Türkiyəni birləşdirən yol barədə müzakirələr aparılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdən sonra Şuşa başda olmaqla, Qarabağın yenidənqurma və inşası layihələri ilə yanaşı siyasi və iqtisadi sahədə müqavilələrə imza atılacaq. Anlaşma çərçivəsində işğaldan azad olunan bütün ərazilərin infrastrukturunun yenidən bərpası nəzərdə tutulur.

Bu barədə “Yeni Şafak” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri haqqında yazısında qeyd edib.

“Bu prosesə Türkiyə şirkətləri də cəlb olunacaq. Anlaşma ilə Türkiyə və Azərbaycan şirkətləri arasında iş bölgüsü də müəyyən edilmiş olacaq. Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycanı birləşdirməsi planlaşdırılan avtomobil və dəmiryolu xətti ilə bağlı layihələrin də iki liderin görüşündə müzakirəsi gözlənilir”, - deyə nəşr bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri