İyl
2021
15:40
71
193
2097
Virtual karabakh

Emin Əmurullayev: “Gənc kadrların peşələrinə olan məsuliyyətini və sevgisini yüksək qiymətləndirirəm”

6 İyl, 2021
15:40
2097

Emin Əmurullayev: “Gənc kadrların peşələrinə olan məsuliyyətini və sevgisini yüksək qiymətləndirirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün aldığınız təhsil gələcəkdə sizə səhiyyə sahəsində böyük uğurlar qazanmağınıza təkan verəcək. 

Bu sözləri təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu zalda əyləşən tələbələr İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ilk məzunlarıdır:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə, birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə 6 il əvvəl açılan bu universitet sizin həyatınızda unudulmaz olacaq. Siz bu 6 ildə birlikdə təhsil aldınız və bir-birinizə dəstək oldunuz. 

2020-ci il pandemiya dövrünə təsadüf etdi ki, siz bu çətin zamanlardan da keçdiniz. Eyni zamanda Vətən müharibəsi də eyni ilə təsadüf etdi. Bir çox universitetlərin tələbələri könüllü olaraq xəstəxanalarda tibb işçilərinə, eləcə də pasiyentlərə xidmət göstərmək üçün müraciət etmişdilər. Bu həm pandemiya ilə mübarizəyə ayrılan koronavirus xəstəxanalarında, həm də Vətən müharibəsində yaralanan qazilərimizin müalicə aldığı tibb müəssisələrində müşahidə edilib. Bu çox sevindirici haldır. Gənc kadrların peşələrinə olan məsuliyyətini və sevgisini yüksək qiymətləndirirəm”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri