İyl
2021
16:56
90
273
2454
Virtual karabakh

Mixail Muraşko: “Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər”

6 İyl, 2021
16:56
2454

Mixail Muraşko: “Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya müddətində Azərbaycan və Rusiya bir-birlərini dəstəkləməyə davam edəcəklər.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkələr arasında “COVID-siz səyahət” layihəsi çərçivəsində qarşılıqlı əlaqə formatı mövcuddur.

“Eyni zamanda, təhlükəsiz sərhəd keçidi üçün peyvənd sertifikatlarının tanınması, istehsalın inkişafı, tibbi əlaqələr və mütəxəssislərin qarşılıqlı əlaqəsi ilə bağlı layihələr və əlaqələr var. Son bir ildə bu cür əməkdaşlıq sahələrinin sayı genişlənib”, - deyə o bildirib.

Sonda rusiyalı nazir vurğulayıb ki, ürək-damar xəstəlikləri, onkologiya ilə mübarizə, bir sıra elmi sahələr, mütəxəssis hazırlığı və s. ilə bağlı klassik qarşılıqlı münasibətlər də unudulmamalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri