18 
İyl
2021
11:46
692
31
9568
Virtual karabakh

İlham Əliyev şəhid atası olan Xalq artistinə mənzil hədiyyə edib

18 İyl, 2021
11:46
9568

İlham Əliyev şəhid atası olan Xalq artistinə mənzil hədiyyə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib.

Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:

​“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu​ mənzil bizim üçün böyük hədiyyədir. Onu da deyim ki, dünən şəhid oğlumun ailəsinə də Xocasən qəsəbəsində mənzil verildi. Bir daha ailəm adından, nəvələrim adından Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

​Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri