Avq
2021
12:10
176
13
2649
Virtual karabakh

Aleksandr Nosoviç: “Ermənistan Qərbə doğru uzun məyusluq yolunun başlanğıcındadır” - MÜSAHİBƏ

6 Avq, 2021
12:10
2649

Aleksandr Nosoviç: “Ermənistan Qərbə doğru uzun məyusluq yolunun başlanğıcındadır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda hökumət və Parlament rəhbərliyinin qurulması başa çatmaq üzrədir. Bəzi ekspertlərin gözləntilərinin əksinə olaraq, Baş nazir Nikol Paşinyanın komandasına yenə KTMT və Avrasiya İqtitsadi Birliyinə qarşı çıxan Qərbpərəst silahdaşları daxil edildi. Məsələn, Ermənistan Milli Assambleyasının yeni vitse-spikeri Ruben Rubinyan yaxın keçmişdə KTMT-nı tənqid edib, həmçinin bundan başqa, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamayacağını iddia edərək revanşist bəyanatlar verib.

Bəs nə səbəbə Nikol Paşinyan qərbyönümlü siyasətdən əl çəkməyib və faktiki olaraq iki stulda əyləşməyə çalışır?

Rusiyalı politoloq, “RuBaltic” informasiya portalının baş redaktoru Aleksandr Nosoviç Oxu.Az-ın bununla bağlı bu və ya digər suallarını cavablandırıb:

- Xüsusi bir şey olmadı, sadəcə Nikol Paşinyan seçkilərdə qalib gəldi və apardığı qərbyönümlü kursu erməni xalqının əksəriyyəti dəstəkləyir. Bunu iyun ayında keçirilən növbədənkənar parlament seçkiləri də göstərdi. Bu kurs 2018-ci ildə seçilib (Ermənistanda “məxməri inqilab” - red.). Erməni xalqının əksəriyyəti Nikol Paşinyanın özünü kifayət qədər səriştəsiz siyasi fiqur kimi göstərməsinə baxmayaraq, bu yolu dəyişmək istəmir. Hətta Qarabağ müharibəsində məğlubiyyətdən sonra da Ermənistan xalqı “qərb yolu ilə” getmək niyyətindədir.

1993-cü ildə Rusiyada baş verən hadisələrlə Ermənistanda baş verənlər arasında bənzərliyi görən ekspertlərlə razıyam. Həmin vaxt insanlar Boris Yeltsinə səs verdilər, hansı ki, buna kimi özünü bütün “gözəlliyi ilə” göstərmiş, iqtisadi böhrana, Parlamentin dağılmasına, Çeçenistan böhranının başlanmasına görə insanları bir növ total şəkildə məyus etmişdi. Bununla belə, 1991-ci ildə seçilmiş yol o qədər fundamental oldu ki, Rusiyanı həmin yoldan tezliklə ayırmaq mümkün olmadı. Ermənistanla da belə olacaq. O, Qərbə doğru uzun məyusluq yolunun başlanğıcındadır və daha bir neçə il bu yolda gecədək. Amma bu, çarəsizlərin yoludur. Düşünürəm ki, Ermənistanda da çoxları bunu başa düşür.

Ermənistan, bir çox postsovet respublikaları kimi, həqiqi Avropaya deyil, özünün xəyalındakı yerə gedir. Bu ABŞ-a da aiddir. İndi xəyal etdikləri dünənki və ya ondan əvvəlki Qərb yoxdur.

- Və bunun fonunda Ermənistanda seçkilərdən sonra Nikol Paşinyanla bağlı narazılıq artır. Ondan, respondentlərimin qeyri-rəsmi dedikləri kimi, fərqli bir şey gözləyirdilər. Əksəriyyət Robert Köçəryana və onun revanşist sayılan bu ölkənin ikinci böyük siyasi qüvvəsi olan “Ermənistan” blokuna qarşı idi. Paşinyan isə əslində hazırda eyni siyasəti yürüdür. Belə çıxır ki, Ermənistan xalqı bütün siyasətçilərdən məyusdur. Apatiya yaranıb. Bəs Ukrayna terminologiyasından istifadə etsək, Ermənistanda bir növ “anti-Maydan” mümkün ola bilərmi?

- Apatiya “maydan” və ya “anti-maydan”a səbəb olmur. O, siyasi fəaliyyətin olmamasına və (yaxud) ölkədən mühacirətə səbəb olur. Düşünürəm ki, Ermənistan məsələsində hər ikisi olacaq. Məndə belə təəssürat yaranıb ki, Ermənistanda keçmiş son seçkilərdə əhalinin əsas emosiyası ümidsizlik idi. Pis və daha pis arasında seçim etdilər. Köçəryan da, Paşinyan da pisdir. Ancaq əksəriyyət yeni dəhşətin köhnədən daha yaxşı olduğuna qərar verdi və sonda Paşinyanı seçdi. Vəziyyəti dərindən araşdırmasam da, Ermənistan xalqının passionarlığını alovlandıracaq yeni bir siyasi qüvvə görmürəm. Kənardan məhz belə görünür.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri