17 
Avq
2021
11:34
537
19
1055
Virtual karabakh

Prezident: “Biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik” - VİDEO

17 Avq, 2021
11:34
1055

Prezident: “Biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi bizim “Azərkosmos”un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni, kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib.

Ermənilərin çaylarımızı zəhərlədiklərini, Oxçuçayı zəhərləyənin yenə də xarici şirkət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, o şirkət də cavab verməlidir və verəcəkdir. 

“Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.

Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri