Sen
2021
19:11
660
16
2380
Virtual karabakh

Türkiyə Müdafiə Nazirliyi: “Qardaşlarımıza xoş gəldiniz deyirik” – FOTO

2 Sen, 2021
19:11
2380

Türkiyə Müdafiə Nazirliyi: “Qardaşlarımıza xoş gəldiniz deyirik” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 6-7-də Türkiyənin Konya şəhərində ənənəvi “Turaz Şahini” hərbi təlimləri keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirlilyindən məlumat verilib.

Təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinə aid iki ədəd Miq-29 və iki ədəd Su-25 təyyarələri, həmçinin 78 nəfərlik şəxsi heyət artıq Konyaya gəlib.

Nazirliyin sosial şəbəkə səhifəsindən bu barədə məlumat paylaşılıb və “Qardaşlarımıza xoş gəldiniz deyirik”, - yazılaraq qeyd edilib.

Bununla yanaşı, səhifədə Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkə hərbçilərinin Azərbaycanda keçirilən birgə təlim-məşqlərindən də görüntülər dərc edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri