Sen
2021
10:00
212
73
4737
Virtual karabakh

Yeni nazir: “Azərbaycan idmanındakı çətinliklərlə bağlı məlumatımız var” - YENİLƏNİB + FOTO

8 Sen, 2021
10:00
4737

Yeni nazir: “Azərbaycan idmanındakı çətinliklərlə bağlı məlumatımız var” - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.

PA rəsmisi təqdimat zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətindən danışıb.

Sonra yeni nazirlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirib:

“Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib. Hesab edirəm ki, bu, çox böyük məsuliyyətdir. Hamımızın Azərbaycan idmanında olan çətinliklərlə bağlı məlumatımız var. Biz bu işlərin birlikdə öhdəsindən gəlməliyik”.

09:36

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla yeni gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov qurumun kollektivinə təqdim edilir.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edir.

Y. Məmmədəliyev yeni gənclər və idman nazirindən danışıb:

“Azərbaycanda gənclər və idman siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər birimiz bu uğurların şahidiyik. Fərid Qayıbov idman ictimaiyyətinə tanış şəxsdir. Prezident onu nazir təyin edərkən idman sahəsindəki gələcək perspektivləri müəyyən etdi və tapşırıqlar verdi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri